Bakı 24˚C Windy

Dünyada 6 milyard dozaya yaxın peyvənd vurulub

Gündəm 20:55 14 sen, 2021

Rəqəmin yalnız 2%-i Afrikadadır.

Dünyada 6 milyard dozaya yaxın peyvənd vurulub

Bu günə qədər dünyada 5,9 milyard dozadan çox koronavirusa qarşı peyvənd vurulub.

Qazet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu rəqəmin yalnız 2%-i Afrikadadır.

"Afrikalılar dünyanın bir çox insanlarından fərqli daha çox risklə üz-üzədir. Bu gün Afrika ölkələrini tərk edənlərin sayı çoxalır", - Qebreyesus deyib.