Bakı -9˚C Partly sunny

Dünyada ən məşhur aşpaz  23 yaşlı müsəlman qız oldu - VİDEO

Maraqlı 17:50 14 iyl, 2022

Hazırda bu müsəlman aşpazın platformada 7,5 milyon izləyicisi və 80 milyon baxışı var

Dünyada ən məşhur aşpaz  23 yaşlı müsəlman qız oldu - VİDEO

Cəmi 23 yaşında Abir Əl-Saqir sosial mediada ən məşhur aşpaz kimi "TikTok"-u fəth edib. 

Qazet.az-ın verdiyi xəbərdə deyilir ki, hazırda bu müsəlman aşpazın platformada 7,5 milyon izləyicisi və 80 milyon baxışı var.

Hicablı qız qeyri-adi xörəkləri ilə tamaşaçıları özünə cəlb edib. Abir seçdiyi ölkənin ənənəvi paltarlarını geyinərək və onun mədəniyyəti ilə yaxından əlaqəli musiqi ilə videonu müşayiət edərək dünyanın hər yerinə aid reseptlərlə yemək bişirir. 

Livanlı qadın xüsusilə zərifliyi, sadəliyi, detallara diqqəti və hər şeydən əvvəl təxəyyülü ilə tanınır və bu səbəblərdən "Disneyin ərəb şahzadəsi" ləqəbini qazanıb.

Müsəlman qadının videolarında ərəb mədəni irsinə xüsusi diqqət yetirilir.