Bakı 14˚C Mostly cloudy

Dünyada ilk dəfə kosmosa tamamilə mülki heyət yollandı - FOTO/VİDEO

Maraqlı 18:27 16 sen, 2021

Kosmik heyətdə bir nəfər də olsun peşəkar kosmonavt yoxdur

Dünyada ilk dəfə kosmosa tamamilə mülki heyət yollandı - <span style="color:red">FOTO/VİDEO</span>

ABŞ-ın “SpaceX” şirkəti tamamilə mülki şəxslərdən ibarət olan heyəti kosmosa yollayıb.

Qazet.az bildirir ki, heyətin olduğu “Crew Dragon” gəmisi “Falcon 9” raketi ilə Kanaveral burnundan (Florida, ABŞ) start götürüb.

Uçuşun təxminən üç gün davam edəcəyi gözlənilir.

Dünya kosmonavtika tarixində ilk dəfədir ki, kosmik heyətdə bir nəfər də olsun peşəkar kosmonavt yoxdur.

“Inspiration4” Missiyasına milyarder Cared Ayzekman, tədqiqatçı Sian Proktor, köməkçi həkim Heyli Arsenoks və ABŞ Hərbi Hava Qüvvələrinin (Hərbi Hava Qüvvələri) veteranı Kristofer Sembroski daxildir.