Bakı 26˚C Intermittent clouds

Dünyada ilk TikTok fakültəsi açıldı - VİDEO

Biznes 11:45 16 sen, 2021

Artıq TikTok fakültəsi də var

Dünyada ilk TikTok fakültəsi açıldı - VİDEO

Sosial media və universitet dünyasında bir ilk gerçəkləşib.

Qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, video paylaşım platforması olan TikTok adına Ukraynanın paytaxtı Kiyevdə fakültə açılıb.

Açılışı ölkənin TikTok fenomenlərindən biri hesab olan Mixail Poplavski edib. O bildirib ki, Kiyev Mədəniyyət Universitetində açılan fakültədə tələbələr pulsuz təhsil alacaqlar.

Fakültənin dekanı Liliya Mojayeva isə tələbələrə tövsiyələrini verib:

"Özünüzü inkişaf etdirin, brendinizi yaradın və biz bu yolda sizə kömək edəcəyik".