Dünyada koronavirusa yoluxanların sayı 657 milyona çatır
Cəmiyyət
13:05 25 dek, 2022
Dünyada koronavirusa yoluxma hallarının sayı 656 milyon 973 min 775 nəfərə çatıb.
Qazet.az xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.
Virusun yayıldığı gündən indiyədək 6 milyon 678 min 316 nəfər yoluxmanın nəticələrindən dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Almaniya və Braziliya var.