Dünyada koronavirusdan ölənlərin sayı azalıb
Daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 5, ölüm hallarının sayı isə 10 faiz azalıb
Son bir həftə ərzində dünyada 4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 47 minə yaxın insan isə koronavirusdan ölüb.
Qazet.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 5, ölüm hallarının sayı isə 10 faiz azalıb.
"Dekabrın 6-dan dekabrın 12-dək koronavirusa 4 000 817 nəfər yoluxub, 46 961 nəfər isə koronavirusdan ölüb. Bu isə öncəki həftə ilə müqayisədə müvafiq olaraq 5 və 10 faiz azdır" - deyə həftəlik bülletendə deyilir.
Qeyd edək ki, hazırkı dövrədək dünyada koronavirusa yoluxanların sayı 270 031 622 nəfər, koronavirusdan ölənlərin sayı isə 5 310 502 nəfər təşkil edir.