Bakı 25˚C Partly sunny

Dünyada koronavirusdan ölüm halları 9% azalıb - ÜST

Gündəm 17:34 22 dek, 2021

Əvvəlki 7 günlə müqayisədə yeni infeksiyalara yoluxma sayı 2%, ölüm halları isə 9% azalıb

Dünyada koronavirusdan ölüm halları 9% azalıb - ÜST

Son bir həftə ərzində dünyada 4,1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 44 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 7 günlə müqayisədə yeni infeksiyalara yoluxma sayı 2%, ölüm halları isə 9% azalıb.

Qazet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata əsasən, Afrikada virusa yoluxma sayında 53%, ölüm halında isə 15% artım qeydə alınıb. Afrikadan başqa, Qərbi Sakit Okean regionunda da yoluxma halı 12% artıb, ölüm sayı isə əksinə 6% azalıb. Avropada yoluxmanın 3%, ölüm hallarının 7% azalması qeyd olunur. Amerikada yoluxma halı 10%, ölüm halı 15%, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi regionunda yoluxma və ölüm halları 12% azalıb.