Dünyada meymunçiçəyi ilə bağlı son durum - 4 700 nəfər...
Cəmiyyət
14:21 01 iyl, 2022
Qeyd edək ki, Azərb aycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb

May ayından bəzi Avropa ölkələrində, ABŞ, Kanada, Avstraliyada, həmçinin qonşu Türkiyədə meymunçiçəyi virusuna yoluxma qeydə alınıb.
Qazet.az xəbər verir ki, ilk meymunçiçəyinin aşkar olunduğu Böyük Britaniyada yoluxmaların sayı 1000-i, ABŞ-da isə 300-ü ötüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən ay ərzində 49 ölkədə ən azı 4 700 yoluxma qeydə alınıb.
ABŞ səhiyyə rəsmiləri əhalini meymunçiçəyi virusuna qarşı peyvənd olunmağa çağırıb. Ağ Evin COVID-19 koordinatoru professor Aşiş Ca sərt tədbirlər görəcəklərini açıqlayıb.
Qeyd edək ki, Azərb aycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb.