Bakı 19˚C Mostly sunny

Dünyada neft hasilatı azalır

Gündəm 14:12 14 sen, 2021

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında bildirilir

Dünyada neft hasilatı azalır

Dünyada gündəlik neft hasilatı iyul ayından avqustadək 0,54 milyon barel azalaraq 96,1 milyon barelədək geriləyib.

Qazet.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında bildirilir.

Bununla yanaşı, avqust ayında OPEC ölkələrindəki hasilat həcmi 210 min barel artaraq 26,89 milyon barelə çatıb. Bu artım daha çox Səudiyyə Ərəbistanı və İraqın hesabına əldə edilib. Belə ki, Səudiyyə Ərəbistanı avqust ayında gündəlik hasilatı 100 min barel artıraraq 9,56 milyon barelə çatdırsa da, OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşma çərçivəsindəki öhdəliyi 3 faiz aşır.