Bakı 7˚C Windy

Dünyada neft və qaz buruqlarının sayı 1,6% artıb

Biznes 18:13 03 iyn, 2022

İllik ifadədə işlək buruqların sayı 366 ədəd və ya 29% artıb

Dünyada neft və qaz buruqlarının sayı 1,6% artıb

Dünyada işlək neft və qaz buruqlarının sayı may ayı ərzində aprel ayı ilə müqayisədə 25 ədəd, yaxud 1,6% artaraq 1 628-ə çatıb.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın “Baker Hughes” şirkətinin məlumatında deyilir.

İllik ifadədə işlək buruqların sayı 366 ədəd və ya 29% artıb.

ABŞ-da ay ərzində bu göstərici 28 ədəd, yaxud 4% artaraq 718-ə çatıb. Kanadada buruqların sayı 93-dək, Avropada isə 79-dək azalıb.

Yaxın Şərqdə göstərici 14 ədəd artaraq 314-ə, Asiya-Sakit okean regionunda 9 ədəd artaraq 193-ə çatıbsa, Afrikada buruqların sayı 2 ədəd azalaraq 76-ya düşüb. Latın Amerikasında göstərici 155-dək azalıb.