Dünyada neft yenidən BAHALAŞDI
Biznes
12:04 12 apr, 2022
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,9% artaraq 96,08 dollara çatıb
Dünya bazarında neft qiymətləri yenidən artıb.
Qazet.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 1,71% artaraq 1 barelə görə 100,16 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,9% artaraq 96,08 dollara çatıb.