Bakı 16˚C Dreary

"Dünyada vəziyyət çox da nikbin görünmür" - Bakı Forumunda həyəcan təbili

Gündəm 13:35 05 noy, 2021

Bakı Forumunda iqlim dəyişikliyi ilə bağlı fikirlər səsləndirilib

"Dünyada vəziyyət çox da nikbin görünmür" - <span style="color:red">Bakı Forumunda həyəcan təbili</span>

“COVID-19 pandemiyası enerjiyə olan əlçatanlığı azaldıb. İqlim dəyişmələri isə bu məsələni daha çox ağırlaşdırıb və acınacaqlı vəziyyət yaranıb”.

Qazet.az-ın məlumatına əsasən, bunu Enerji Proqramları Bürosunun idarəçilik və şəffaflıq ofisinin rəhbəri Meri Varlik VIII Qlobal Bakı Forumunun “Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması” mövzusuna həsr olunan panel müzakirələri zamanı deyib.

O bildirib ki, dünyanın indiki mənzərəsi nəzərdən keçirilsə, burada vəziyyətin ürəkaçan olmadığı görünər:

“Dünyada vəziyyət çox da nikbin görünmür. Enerji istehsalı zamanı istixana qazları sıfırlanmalıdır. Hindistan kimi ölkələrdə bu vacib ssenaridir. 2050-ci ilə qədər ABŞ, Avropa İttifaqı və dünyanın qalan yerlərində istixana qazları 50 faizə qədər azalmalıdır. Dünyada 2030-cu ilə qədər təbii qaza olan ehtiyac daha da artacaq”, - deyə o əlavə edib.