Dünyanı qorxuya salan virus: omikron ştamının görüntüsü - Foto
Gündəm
14:11 08 dek, 2021
Görüntü elektron mikroskopun köməkliyi ilə çəkilib
Honqkonq Universitetinin əməkdaşları koronavirusun omikron ştamının görüntüsünü yayıblar.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüntü elektron mikroskopun köməkliyi ilə çəkilib.
Görüntüdə omikron ştamına yoluxan meymunun böyrək hüceyrəsi əks olunub.
Qeyd edək ki, ilk dəfə Afrika ölkələrində aşkar olunan omikron ştamı artıq 57 ölkədə qeydə alınıb.