Dünyanın ən aktiv vulkanı püskürdü - VİDEO
Gündəm
11:30 10 okt, 2022
İtaliyada Stromboli vulkanında püskürmə baş verib.
Qazet.az xəbər verir ki, Siciliya bölgəsindəki Eolie adalarında yerləşən "Stromboli" vulkanında səhər saatlarında püskürmə baş verib. Partlayışın təsirindən krater hissəsinin bir hissəsi çöküb.
Partlayış nəticəsində itki qeydə alınmayıb.
Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Stromboli 2019-cu ilin iyul ayında yenidən aktivləşib və dağın ətrafında gəzən bir nəfər həyatını itirib.