Bakı 5˚C Showers

Dünyanın ən bahalı şirkəti dəyişdi

Maraqlı 00:50 30 okt, 2021

Hazırda dünyanın ən bahalı şirkətinin kapitallaşması 2.46 trilyon dollardır.

Dünyanın ən bahalı şirkəti dəyişdi

Xeyli müddətdir dünyanın ən bahalı şirkəti adını daşıyan Əpl artıq bu statusdan məhrum olub.

Qazet.az xəbər verir ki, rüblük hesabatının gözləniləndən daha zəif çıxması səbəbindən ABŞ elektronika istehsalçısının səhmləri gün ərzində 4% ucuzlaşıb və şirkətin dəyəri 2.41 trilyon dollara düşüb.

Onun yerini isə uğurlu hesabatdan sonra səhmləri 1% bahalaşan Maykrosoft tutub. Hazırda dünyanın ən bahalı şirkətinin kapitallaşması 2.46 trilyon dollardır.

Qeyd edək ki, dünyanın ən iri proqram təminatçılarından biri olan Maykrosoft 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən yaradılıb. Onun mərkəzi ofisi Redmond şəhərində yerləşir.

ria