Bakı -11˚C Windy

Dünyanın ən böyük NATO kiber təlimi Estoniyada başlayır

Gündəm 04:45 30 noy, 2022
Dünyanın ən böyük NATO kiber təlimi Estoniyada başlayır

Estoniya Müdafiə Nazirliyi ölkədə min nəfərə yaxın insanın iştirakı ilə dünyanın ən böyük NATO Kiber Koalisiyası təliminin başladığını elan edib.

Qazet.az
xəbər verir ki, bu barədə Lenta.Ru  məlumat yayıb.

Təlimlərə Şimali Atlantika Alyansının və onun tərəfdaşlarının 40-dan çox ölkəsindən iştirakçılar qatıldığı bildirilir. 

“Təlim zamanı NATO müttəfiqlərinin enerji infrastrukturuna və qüvvələrinə kiberhücumlar kimi real çağırışlar həyata keçiriləcək. Təlim Müdafiə Nazirliyinin nəzdindəki Tallinn CR14 kibertəhlükəsizlik təlim mərkəzindən keçirilir”, - deyə hərbi idarədən bildirilib. 

Qeyd olunur ki, iştirakçılar arasında təkcə hərbi mütəxəssislər deyil, dövlət sənaye müəssisələrinin, elmi müəssisələrin və ayrı-ayrı milli kibermüdafiə strukturlarının nümayəndələri də var.