“Dünyanın ən tənha adamı” öldü
Maraqlı
16:50 29 avq, 2022
Braziliyada müasir sivilizasiya ilə təmasda olmayan yerli tayfanın sonuncu üzvü dünyasını dəyişib
Qazet.az BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs son 26 il ərzində tam təcrid olunmuş vəziyyətdə yaşayıb.
O, "oyuq adamı" kimi tanınırdı, çünki o, dərin çuxurlar qazırdı, bəzi heyvanları tələyə salırdı.
Onun cəsədi avqustun 23-də samandan tikilmiş daxmasının yanında tapılıb.
Bu adam 1995-ci ildə altı üzvü öldürülən tayfanın sonuncusu idi. Qrup Boliviya ilə həmsərhəd olan Rondoniya əyalətindəki Tanaru yerli ərazisində yaşayırdı.
"Oyuq adamı"nın təxminən 60 yaşında olduğu və təbii səbəblərdən öldüyü güman edilir.
Cəsəddə heç bir zorakılıq aşkar olunmasa da, polis hər ehtimala qarşı araşdırmalara başlayacaq.