Dünyanın ən titullu futbolçusu cinsi zorakılıqda ittiham olunur
Çempionlar Liqasının üçqat qalibi Dani Alves cinsi təcavüzdə günahlandırılıb.
Qazet.az xəbər verir ki, insident Barselonadakı gecə klublarından birində baş verib.
Qadın Alveşin ona toxunduğunu bildirib. Futbolçunun yaxınları zorakılıq faktlarını təkzib edirlər.
Kataloniya polisi gecə klubunda iddia edilən zorakılıq aktı xəbərindən sonra araşdırmaya başlayıb. Qadın Barselonadakı xəstəxanada tibbi müayinədən keçib və polis ondan ifadə alıb.
39 yaşlı Alves 2022-ci ilin iyulundan Meksikanın “Pumas” klubunda çıxış edir. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusudur. Alves altıqat İspaniya çempionu, ikiqat Fransa çempionu, İtaliya çempionu, üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA kubokunun, üç dəfə UEFA Superkubokunun qalibi olub. Braziliya millisinin tərkibində iki dəfə Konfederasiyalar Kubokunu (2009, 2013) və Amerika Kubokunu (2007, 2019) qazanıb, eyni zamanda Olimpiya çempionu olub.