Dünyanın ən varlı adamı İlon Mask arıqlamaq üçün bunu etdi - ƏSAS SİRRİ AÇIQLADI
Maraqlı
09:39 30 avq, 2022
İlon Mask etiraf edib ki, iyulun ortalarında yaxtada çəkilən fotosuna görə tənqid olunduqdan sonra 9 kq arıqlayıb.
Qazet.az xəbər verir ki, iş adamı qeyd edib ki, ona arıqlamağa fasiləli aclıq üsulu kömək edib.
Mask bu metodu yaxşı bir dostunun məsləhəti ilə seçdiyini bildirib.
O, həmçinin vurğulayıb ki, fasiləli aclığa düzgün riayət etmək üçün xüsusi tətbiqin köməyidən istifadə edib.
Qeyd edək ki, hazırda "Tesla" və "Space X" kimi şirkətlərin sahbi olan İlon Maskın sərvəti 254 milyard dollardır və o, planetin ən varlı şəxsidir.