Dünyanın ən varlı iti bir vaxtlar Madonnaya məxsus Mayami villasını satır
Darıxanda şəxsi təyyarəsilə Milana və Baham adalarına gedən it Madonnadan aldığı villasını satışa çıxarıb
Dünyanın ən varlı iti IV Qunterin lüks həyat tərzi sosial şəbəkələrdə gündəm olub.
Kontes Karlotta 1992-ci ildə vəfat etməzdən öncə 500 milyon dollarlıq sərvətini “hər şeyim” adlandırdığı mirasını III Qunter adlı itinə qoyub.
İt sahibi dünyasını dəyişdikdən bir müddət sonra ölür. Nəticədə miras onun balasına, yəni IV Qunterə qalır.
İndi Qunterin mal varlığına bir vəqf nəzarət edir. Onun öz adını daşıyan bir holdinqi də var. Həmçinin Qunter dünyanın ən varlı itləri siyahısında birinci yerdədir.
Səhər kürü, günorta bonfile, axşam daha yüngül qəlyanaltılarla günü keçirir. Ən böyük zövq dəniz mənzərəli yataq otağında qırmızı məxmər çarpayıdan həzz almaqdır. Onun qonşusu isə məhşur Silvester Stallonedir.
O, dünya ulduzu Madonnadan aldığı lüks villada yaşayır. Gözünü başqa mülkə dikən Qunter üçün 7.5 milyon dollara alınan villa indi 31 milyon dollara satışa çıxarılıb.