Bakı 3˚C Sunny

Dünyanın ən yaxşı baş məşqçiləri - Azərbaycan neçəncidir?

İdman 16:55 30 dek, 2022
Dünyanın ən yaxşı baş məşqçiləri - Azərbaycan neçəncidir?

Dünya üzrə ən yaxşı baş məşqçilərinin yekun reytinq siyahısı açıqlanıb.

Qazet.az xəbər verir ki, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı məşqçi yer alıb.

Azərbaycan futbol klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov ilk 500-lükdə qərarlaşıb.

Q.Qurbanov 1595 xalla 207-cidir. “Neftçi”nin rumıniyalı baş məşqçisi 1627 xalla 175-ci yerdədir. Hər iki mütəxəssis ötən ilki siyahıda olan mövqeyini qoruyub.

İlk üçlükdə Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıblar.