Bakı 12˚C Partly sunny w/ showers

FORBES: Dünyanın ən zəngin adamları açıqlanıb: Siyahıda türk də var

Gündəm 00:22 25 okt, 2022
FORBES: Dünyanın ən zəngin adamları açıqlanıb: Siyahıda türk də var

Qazet.az xəbər verir ki, milyarderlərin illik siyahısını dərc edən “Forbes” jurnalının məlumatına görə, Türkiyədə dollar milyarderlərinin sayı 27-dən 24-ə düşüb.

Tesla-nın qurucusu İlon Mask 219 milyard dollar sərvəti ilə dünyada birinci yeri tutub.

Keçən il birinci yerdə olan “Amazon”un baş direktoru Ceff Bezos 171 milyard dollar sərvəti ilə ikinci yerə düşüb.

Müharibə, pandemiya və durğun bazarlar bu il dünya milyarderlərini vurdu. Forbes-in planetin ən varlı adamlarının 36-cı illik siyahısında insanların sayı 87 nəfər azalaraq 2668 nəfər olub. Onların ümumi sərvəti 400 milyard dollar azalaraq 12,7 trilyon dollara düşüb.

Türkiyədə Murat Ülker 4,7 milyard dollar sərvəti ilə birinci olub. 2020-ci ildə sərvəti 6,3 milyard dollar olan Ülker dünya reytinqində 421-ci yerdən 601-ci yerə düşüb. Ferit Şahenk 2,4 milyard dollarlıq sərvəti ilə siyahıda ikinci yeri tutub. 2021-ci ildə 3 milyard dollarlıq sərvətə sahib olan Şahenk 2022-ci il siyahısında 1292-ci yerdə qərarlaşıb.

Forbes jurnalının məlumatına görə, ən zəngin 10 türk və onların sərvətləri belədir:

FORBES: Dünyanın ən zəngin adamları açıqlanıb: Siyahıda türk də var