Bakı 7˚C Mostly cloudy

Dünyanın ən zəngin ailələri - SİYAHI

Maraqlı 10:00 31 okt, 2022
Dünyanın ən zəngin ailələri - SİYAHI

Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsinin sahibi olan Volton ailəsi 4 ildir ki, "Bloomberg” tərəfindən dərc olunan dünyanın ən zəngin ailələri siyahısına başçılıq edir.

Qazet.az xəbər verir ki, "Walmart”ın sahibi olan ailənin sərvəti 224,5 milyard dollar qiymətləndirilib.

Ən zəngin 10 ailəyə həmçinin aşağıdakılar daxildir:

Mars ailəsi, qənnadı məmulatları və uzun saxlanılma müddətli qida istehsalçısının sahibləri — 160 milyard dollar (cari il üçün +18 milyard dollar);

ABŞ-ın "Koch Industries” neft-kimya korporasiyasının sahibləri olan Kox ailəsi — 124,4 milyard dollar (+4,4 milyard dollar);

Səudiyyə kral ailəsi Əl Səud - 105 milyard dollar (+5 milyard dollar);

Fransanın "Hermes” moda evinin sahibləri olan Erme ailəsi — 94,6 milyard dollar (-17 milyard dollar);

Hindistanın "Reliance Industries” neft hasilatı və emalı holdinqinin sahibləri olan Ambani ailəsi — 84,6 milyard dollar (-9,1 milyard dollar);

"Chanel” fransız moda evinin sahibi olan Verhaymer ailəsi — 79 milyard dollar (+17,2 milyard dollar);

"Cargill” kənd təsərrüfatı şirkətinin sahibləri olan Kargill ailəsi - 65,2 milyard dollar;

"Reuters” xəbər agentliyinin nəzarət paketinin sahibləri olan Tompson ailəsi - 61,2 milyard dollar;

İsveçrə əczaçılıq şirkəti "Roche Holding”in minoritar sahibləri olan Hoffmann ailəsi — 45,1 milyard dollar.

Reytinq üzrə 25 ailə var. Əlavə olaraq Almaniyanın "Aldi” endirimli mağazalar şəbəkəsinin sahibi olan Albrext ailəsi (41,4 milyard dollar), "Cox Enterprises” telekommunikasiya şirkətinin sahibləri olan Koks ailəsi (28,3 milyard dollar), Hindistanın "Hapoorji Pallonji Group” tikinti şirkətinin əsas sahibləri olan Mistri ailəsi, "Ferrero" qənnadı məmulatlarının sahibi olan Ferrero ailəsi, Almaniya əczaçılıq şirkəti "Boehringer Ingelheim", BMW-nin sahibi Kvandt ailəsi, "Medline Industries"-nin sahibi Mills ailəsinin də adları siyahıda yer alıb.

Dünyanın ən zəngin 25 ailəsinin ümumi sərvəti 1,5 trilyon dollar təşkil edir. (Bloomberg)