Bakı 18˚C Sunny

Dünyanın əsas uran istehsalçıları müəyyənləşib - TOP-5

Maraqlı 17:45 20 sen, 2021

Qazaxıstan uranı əsasən üç ölkəyə satır

Dünyanın əsas uran istehsalçıları müəyyənləşib -<span style="color:red"> TOP-5</span>

Qazaxıstan 2020-ci ildə dünyada ən çox uran istehsal edən ölkə olub. Ötən il ölkədə 19,8 min ton uran istehsal edilib və bu, qlobal uran istehsalının 41%-ini təşkil edib.

Qazet.az Dünya Nüvə Assosiasiyasına (WNA) istinadən verdiyi məlumata görə, 2020-ci ildə Avstraliya 6,2 min tonluq istehsalla ikinci olub. Üçüncü pillədə Namibiya qərarlaşıb (5,41 min ton), dördüncü isə Kanada olub (3,88 min ton). Özbəkistan 3,5 ton ilə dünyada beşincidir.

WNA bildirir ki, Qazaxıstanın uran ehtiyatları 907 min ton həcmində qiymətləndirilir və bu, qlobal ehtiyatların 15%-inə bərabərdir.

Qeyd edək ki, Qazaxıstan uranı əsasən üç ölkəyə – Çin, Rusiya və Kanadaya ixrac edir.