Bakı 9˚C Intermittent clouds

Dünyanın ilk “qum batareyası” quraşdırıldı

Maraqlı 11:10 06 iyl, 2022

Bu barədə BBC məlumat yayıb

Dünyanın ilk “qum batareyası” quraşdırıldı

Finlandiyalı tədqiqatçılar Kankaanpyaa şəhərində “yaşıl” enerjini aylarla saxlaya biləcək ilk işlək “qum batareyası” quraşdırıblar.

Qazet.az xəbər verir ki, “qum batareyasının” əsas elementini boz rəngli hündür çənə tökülən təxminən 100 ton ağırlığında inşaat qumu təşkil edir. Aşağı keyfiyyətli qumdan istifadə edilən cihaz günəşdən və küləkdən alınan ucuz elektrik enerjisi ilə əldə olunmuş istiliklə doldurulur.

Tədqiqatçıların sözlərinə görə, qum bir neçə ay ərzində təxminən 500 dərəcə selsiyə qədər istilik saxlaya bilir. Elektrik enerjisinin baha olduğu qış aylarında həmin istiliklə evləri qızdırmaq mümkün olacaq.

Mütəxəssislər “qum batareyasının” bütün il boyu elektrik enerjisi ilə bağlı təminat problemini həll edəcəyinə əmindirlər.