Duqindən qızının ölümü ilə bağlı AÇIQLAMA: "Xahiş edirəm...”

Rusiyalı məşhur politoloq, siyasi xadim Aleksandr Duqin qızı Daryanın öldürülməsinə münasibət bildirib.
Qazet.az xəbər verir ki, onun müraciətini milyarder Konstantin Malofeyev dərc edib.
“Mənim qızım vətənpərvər, hərbi müxbir idi. Darya heç vaxt müharibə və zorakılığa çağırış etməyib. Onu Rusiyanın düşmənləri öldürüb. Amma bizim iradəmizin qarşısını qanlı terrorla ala bilməyəcəklər. Qızım həyatını qələbəmizə görə bu yolda qoydu. Buna görə də qələbə qazanmaq lazımdır, sizdən xahiş edirəm!", - deyə Duqin bildirib.
Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina ötən gün həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub.
Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün Darya Duqinanın qatilinin kimliyi açıqlanıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.