Bakı 19˚C Sunny

Düşünə bilən robot hazırlanıb

Gündəm 17:01 29 okt, 2021

Öz iradəsinə malik maşınlar dövrünün başlanğıcı kimi tarixə düşdüyü açıqlanıb

Düşünə bilən robot hazırlanıb

Yaponiyanın Tokio Universitetinin alimləri dünyanın ilk düşünə bilən robotunu hazırlayıblar. 

Qazet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, laboratoriyada çoxaldılan canlı beyin hüceyrələrindən istifadə edərək süni intellektlə dəstəklənən robot, alqoritmi səhv qərar verdikdə beyin hüceyrələri tərəfindən stimullaşdırılır. 

Verilən tapşırıqları uğurla yerinə yetirən robotun insanlar kimi düşünən və öz iradəsinə malik maşınlar dövrünün başlanğıcı kimi tarixə düşdüyü açıqlanıb.