Düzcedə baş verən zəlzələdə bir nəfər ağır, 35 nəfər yaralandı, təhsil dayandırıldı Yenilənib 2
Hadisə
08:05 23 noy, 2022
AFAD zəlzələdə 32 nəfərin Düzcedə, 1 nəfərin İstanbulda, 1 nəfərin Zonquldakda, 1 nəfərin isə Boluda olmaqla 35 nəfərin yaralandığını açıqlayıb.
Qazet.az TRTHaber-ə istinadən xəbər verir ki, Düzcenin Gölyaka rayonunda 5,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələdən sonra bölgədə ən böyüyü 4,2 bal gücündə onlarla artçı təkanlar yaşanıb.
Düzce valisi Cevdet Atay şəhərdə baş verən 5,9 bal gücündə zəlzələdən sonra təhsilin bir gün müddətinə dayandırıldığını açıqlayıb. Eyni zamanda, dövlət müəssisə və təşkilatlarında çalışan əlil və hamilə kadrlar inzibati məzuniyyətə buraxılacaqlar.
Sakarya valisi Çətin Oktay Kaldırım zəlzələ ilə əlaqədar şəhərdə təhsilin bir günlük dayandırıldığını açıqlayıb.