Duzun orqanizmə vurduğu 6 ziyan
Yeməyin dadını artırmaq üçün istifadə olunan duz həddindən artıq istehlak edildikdə bir çox sağlamlıq probleminin yaranmasına gətirib çıxarır.
Qazet.az xəbər verir ki, duzun yaratdığı xəstəlikləri təqdim edir.
1. Hipertoniya
Yüksək qan təzyiqi həddindən çox duz istehlakı ilə birbaşa əlaqəlidir. Bu da ürək çatışmazlığına, böyüməsinə və infarktlara gətirib çıxara bilər. Gündəlik tövsiyə olunan duz qəbulu təxminən 5 qram, bir çay qaşığıdır. Mənşəyindən asılı olmayaraq xörək duzu natrium xloriddir və onun çoxluğu ürək xəstəlikləri riskini artırır.
2. Böyrək xəstəlikləri
Həddindən artıq duz qəbulu kalsiumun bədəndən sidik vasitəsi ilə çıxarılmasını sürətləndirir. Orqanizmdə kalsium azaldıqda bağırsaqda onun istehlakı artır. Bu da öz növbəsində böyrək daşlarının yaranmasına yol açır. Duzun yüksək dozda qəbulu böyrəklərin daha çox işləməsini tələb edir ki, bu da onların ömrünü qısaldır.
3. İnsult riski
Gündəlik sidikdə natriumun miqdarı nə qədər çox olarsa, insult riski bir o qədər çoxdur deməkdir.
4. Piylənmə
Həddindən artıq duz istehlakı çəkinin artmasına gətirib çıxarır. Şəkərli qidalar qədər istehlak etdiyiniz duzlu qidalar da çəkiyə ciddi təsir edir.
5. Osteoporoz
Duz sümüklərdən kalsiumun xaric olunmasını, sümük strukturunun zəifləməsini, kövrəkliyinin artmasını sürətləndirir. Oturaq həyatın artması və duzlu "fast-food" istehlakı sümüyün gücünün azalmasına və zamanla qırılmasına gətirib çıxarır.
6. Ödəm
Həddindən artıq duz qəbulu davam edərsə, orqanizmdə duz yığılır. Hər bir duz molekulu 4 su molekulunu bağlayır və ürək çatışmazlığı, ödəm, ağciyər ödəmi kimi problemlər yaradır. Ödəm bir çox tibbi problemlərdən, həmçinin hərəkətsizlikdən, karbohidratlı qidalardan və həddindən artıq duz istehlakından qaynaqlanır. Hüceyrələrdə artıq mayenin yığılmasının qarşını almaq üçün duzu istehlakını azaltmaq lazımdır.