Bakı 9˚C Intermittent clouds

DYP Bakıda bağlanan yollarla bağlı sürücülərə müraciət edib

Gündəm 15:01 27 noy, 2021

Paytaxtın iki küçə və prospektində hərəkət məhdudlaşdırılıb

DYP Bakıda bağlanan yollarla bağlı sürücülərə müraciət edib

Bu gün paytaxtın iki küçə və prospektində hərəkət məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb: “Buna görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı Asan Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib".