Bakı 21˚C Dreary

DYP: “Bakıda sürücülərin avtoxuliqanlıq etməsi nəticəsində 7 maşın qəzaya düşüb”

Hadisə 12:45 05 noy, 2021

Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək

DYP: “Bakıda sürücülərin avtoxuliqanlıq etməsi nəticəsində 7 maşın qəzaya düşüb”

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt ərazisində qeydə alınan zəncirvari qəza ilə bağlı məlumat yayıb.

İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin Qazet.az-a verdiyi məlumata görə, hadisə gecə saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, “Hyundai”, “Toyota”, “Renault”, “Mercedes”, “Toyota Prado”, “Hyundai” və “KİA” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib: “Hadisə avtoxuliqanlıq zəminində qeydə alınıb. Qəza zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından birinin diz qapağında xəsarət müəyyən edilib. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

İlkin məlumatlara görə, qəzaya “Hyundai” və “Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib onlardan üçü əzilib, yəni ciddi maddi ziyan dəyib. “Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcəklər, ictimaiyyətəfə əlavə məlumat veriləcək”.