Bakı 4˚C Mostly cloudy

DYP sürücülərə müraciət etdi

Cəmiyyət 16:35 03 yan, 2023
DYP sürücülərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi son günlər baş verən yol nəqliyyat hadisələri ilə bağlı  müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Qazet.az-a verdiyi xəbərə görə, son günlər baş vermiş yol nəqliyyat hadisələrinin hər biri məsuliyyətsizliyin nəticəsidir:

"Sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir. Baxın baş vermiş hadisələrin heç biri nə sıxlıqda, nə də tıxacda olmayıb. Deməli,  ən böyük problem sürücülərin,piyadaların və ya sərnişinlərin yol hərəkəti qaydalarına, təhlükəsizliyin təminatına qeyri-ciddi yanaşmalarındadır. Əksəriyyət qayda qanunun olmasını istəsə də təəssüf ki, həmin qaydaların özündən kənarda olmasını istəyir. Min-bir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq və qaydaların yanından ötüb keçmək arzusu var. Niyəsə, bəzi insanlar başa düşmür ki, göz görə-görə özünü təhlükəyə atmaq daha sonra bu ağır hadisələrin nəticəsindən  sığortalamır.Bir daha sizdən xahiş edirik ki, yola çıxan yaxınlarınızdan,doğmalarınızdan,
dostlarınızdan ehtiyyatlı olmağı tələb edin. Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhvləri bağışlamır".