Bakı 6˚C Showers

DYP texniki baxışla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Gündəm 15:06 25 noy, 2022
DYP texniki baxışla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən texniki müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq ediləcək.

Qazet.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Qeyd edilib ki, bununla da nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərəcək Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanacaq:

“Eyni zamanda, xidmətin fasiləsiz təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək imkanı yaradacaq”.