DYP uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi keçirir
Müsabiqə ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilir
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" mövzusunda uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi elan edir.
DYP-dən Qazet.az-a verilən məlumata görə, müsabiqə uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilir.
Qeyd edək ki, müsabiqəyə müəyyən edilmiş mövzulara uyğun digər sənət nümünələri də təqdim edilə bilər.
Tədbirə noyabrda yekun vurulacaq, qaliblər mütəxəssislərin iştirakı ilə müəyyən ediləcək və mükafatlandırılacaq.
Müsabiqənin şərtləri və əlaqə vasitələri ilə bağlı www.dyp.gov.az saytından daha ətraflı məlumat əldə edə bilərsiniz.