Bakı 23˚C Sunny

EBRD ilə sənədlər imzalandı

Siyasət 16:33 12 sen, 2022
EBRD ilə sənədlər imzalandı

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında iki sənəd imzalanıb.

Qazet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir imzalanmadan əvvəl EBRD-nin prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirdiyini, görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr apardığını qeyd edib.

“Bu gün imzalanan sənədlərə əsasən, EBRD-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.