EBRD Orta Dəhlizin Qazaxıstan seqmentinin inkişafını maliyyələşdirəcək
Bu isə, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən “Orta Dəhliz”ə tələbi xeyli artırıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Rusiyadan yan keçən Avropa-Asiya marşrutu boyunca infrastrukturun inkişafını maliyyələşdirmək üçün "Qazaxıstan Dövlət Dəmir Yolları"şirkətinə 50 milyard tengə (103,2 milyon ABŞ dolları) ayıracaq.
Qazet.az xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.
“Son vaxtlara qədər Çin və Avropa İttifaqı (Aİ) arasında yük daşımalarının 95 %-i Qazaxıstan, Rusiya və Belarusdan keçən “Şimal Dəhliz”dən keçib. Beynəlxalq daşıyıcılar getdikcə daha çox Rusiyadan yan keçən alternativlər axtarır. Bu isə, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən “Orta Dəhliz”ə tələbi xeyli artırıb. Orta Dəhlizin inkişafı regional ticarətin davamlılığı üçün mühüm önəmə sahibdir”, - EBRD-nin açıqlamasında deyilir.