Bakı 5˚C Showers

Ebru Gündeşə ağır itki - Ərdoğan başsağlığı verdi / FOTO

Maraqlı 11:45 25 iyl, 2022

Müjgan Bilgin 73 yaşında dünyasını dəyişib

Ebru Gündeşə ağır itki - Ərdoğan başsağlığı verdi / FOTO

Müğənni Ebru Gündeşin anası Müjgan Bilgin 73 yaşında dünyasını dəyişib. 

Qazet.az xəbər verir ki, Ebru Gündeşin anası Bilginin ölüm xəbərini onun yaşadığı mənzilin rəhbərliyi açıqlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan Ebru Gündeşə telefonla zəng edərək başsağlığı verib.

Rəhbərlik tərəfindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb: “Əziz sakinlər, sahibimiz Ebru Gündeşin anası Müjgan Bilgin vəfat etdi. Mərhuma Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına başsağlığı veririk. Mərhumun cənazəsi 25 iyul, bazar ertəsi günorta namazından sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq".