Əcnəbi döyüşçülər Liviyanı tərk edir
Gündəm
09:14 04 okt, 2021
Qeyd edək ki, Liviyada 20 mindən çox əcnəbi döyüşçü və muzdlu hərbçinin olduğu deyilir.

Əcnəbi döyüşçülər və muzdlu hərbçilərin bir qismi Liviyadan çıxıb.
Qazet.az xəbər verir ki, bu sözləri Liviya xarici işlər naziri Necla Menquş deyib.
“Bu yöndə yayılan xəbərlər doğrudur. Yaxşı başlanğıc oldu. Daha çox əcnəbi döyüşçülər və muzdlu hərbçilərin ölkəni tərk etməsinə çalışacağıq”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Liviyada 20 mindən çox əcnəbi döyüşçü və muzdlu hərbçinin olduğu deyilir.