Bakı 16˚C Windy

Əcnəbi vətəndaşları məcburi işlədən şəxs barədə qərar

Gündəm 21:32 13 dek, 2021

Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əcnəbi vətəndaşları məcburi işlədən şəxs barədə qərar

Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə hökm oxunub.

Bu barədə qazet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirib. Nəticədə əcnəbi vətəndaş olan 1 qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən, M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.