Ədəbiyyat üzrə "Nobel"in sahibi məlum oldu - FOTO
Maraqlı
15:12 06 okt, 2022
Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransalı yazıçı Anni Erno olub.
Qazet.az xəbər verir ki, məlumatı Nobel Komitəsi yayıb.
Qeyd edilib ki, qalibin elan olunma mərasimi İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Kral Elmlər Akademiyasında keçirilib.
Fransız yazıçısı Anni Erno Ədəbiyyat üzrə Nobel Mükafatını "şəxsi yaddaşın köklərini və kollektiv məhdudiyyətlərini aşkar etdiyi cəsarət və klinik kəskinliyə görə" qazanıb.
Mükafat İsveç Akademiyası tərəfindən verilir və 10 milyon İsveç kronu dəyərindədir.
Keçmiş mükafatçılar arasında Ernest Heminquey, Qabriel Qarsia Markes və Toni Morrison kimi yazıçılar var.