"ƏDV geri al" layihəsi ilə bağlı dəyişiklik ediləcək
Gündəm
11:05 16 dek, 2021
Gələn ildən alkoqollu içkilərin və tütün məmulatların, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılacaq

Gələn ildən etibarən ƏDV-nin geri qaytarılması nəzərdə tutulan mal, iş və xidmətlərin əhatə dairəsi genişlənəcək.
Qazet.az xəbər verir ki, vergi məcəlləsində nəzərdə tutulan dəyişikliklərə əsasən, tibbi xidmətlərin alışı zamanı ƏDV-nin bir hissəsi istehlakçılara geri ödəniləcək.
Bu məqsədlə tibb müəssisələrində məcburi olaraq onlayn nəzarət-kassa aparatları tətbiq ediləcək.
Eyni zamanda növbəti ildən alkoqollu içkilərin və tütün məmulatların, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılacaq.