Bakı -2˚C Windy

Efiopiya Tiqraya zərbələr endirdi: ölənlər var

Gündəm 01:12 29 okt, 2021

Qeyd edək ki, oktyabrın 7-də Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

Efiopiya Tiqraya zərbələr endirdi: ölənlər var

Efiopiya Hərbi Hava Qüvvələrinin Tiqray əyalətinin paytaxtı Mekeledəki hədəflərə endirdiyi aviazərbələr nəticəsində azı 10 nəfər həlak olub, 20-dən artıq insan yaralanıb.

Qazet.az xəbər verir ki, hökumət qüvvələrinin aviazərbəsi nəticəsində “Mesfin Industrial Engineering”in sənaye kompleksinin bir hissəsi məhv edilib.

Qeyd edək ki, oktyabrın 7-də Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.