Efiopiyada fövqəladə vəziyyət elan edildi
Gündəm
00:13 03 noy, 2021
Bildirilib ki, qərar əhalini “Tiqray Azadlıq Xalq Cəbhəsi” üsyançılarının hücumlarından qorumaq məqsədi daşıyır.
Efiopiya Nazirlər Şurası bütün ölkə ərazisində bu gündən fövqəladə vəziyyət rejimi elan edib.
Qazet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, qərar əhalini “Tiqray Azadlıq Xalq Cəbhəsi” üsyançılarının hücumlarından qorumaq məqsədi daşıyır.
Qeyd edək ki, ötən gün Tiqray üsyançıları “Oromonun Azadlığı Ordusu” ilə qüvvələrini birləşdirməsi barədə açıqlama yaymışdı. Üsyançılar paytaxta hücum edəcəklərini istisna etmir.