Bakı 26˚C Sunny

Efiopiyada "Xalq Azadlıq Cəbhəsi"nin silahlıları 100-dən çox sakini öldürüb

Gündəm 19:35 01 noy, 2021

Bu barədə Efiopiya hakimiyyəti məlumat yayıb

Efiopiyada "Xalq Azadlıq Cəbhəsi"nin silahlıları 100-dən çox sakini öldürüb

Efiopiyada “Tıqray Xalq Azadlıq Cəbhəsi” silahlılarının ölkənin şimalında yerləşən Kombolça şəhərinə hücumu nəticəsində 100-dən çox yerli sakin ölüb.

Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Efiopiya hakimiyyəti məlumat yayıb.

Silahlılar oktyabrın 31-də Desse və Kombolça şəhərlərinə nəzarəti ələ keçirdiklərini bəyan ediblər.

Bildirilib ki, Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.

30 ildir ölkənin siyasi həyatına rəhbərlik edən hakimiyyət “Tıqray Xalq Azadlıq Cəbhəsi”ni ittiham etməyə və qonşu Eritreyanın dəstəyi ilə onlara hücum etməyə başlayandan sonra ölkənin şimalında gərginlik yaranıb.

Bu ilin yazında Efiopiya hakimiyyəti Eritreyanın qoşunlarını Tıqraydan çıxardığını elan etmişdi. 2021-ci ilin iyununda silahlılar Tıqrayın mərkəzi şəhəri Mekelenə nəzarəti ələ keçirmişdi.

Bundan sonra Efiopiya hakimiyyəti heç bir şərtsiz atəşkəs elan etmişdi. Bununla belə, “Xalq Azadlıq Cəbhəsi” bölgənin əhəmiyyətli hissəsini ələ keçirərək yeni hücuma başlayıb.