Taliban qadın hakimləri ölümlə təhdid edir
Taliban döyüşçülərinə qarşı hökm oxuyan qadınlar ölüm təhlükəsi qarşısında qalıb

Əfqanıstanda 220-dən çox qadın hakim Taliban qorxusundan gizlənərək yaşayır.
Qazet.az xəbər verir ki, bu barədə onlardan altısı anonim olaraq BBC-yə bildirib.
Həmin qadın hakimlər yüzlərlə Taliban üzvlərinə qadınlara qarşı təcavüz, şiddət, qətl və işgəncə ilə hökm oxuyub. Bu ittihamlardan sonra həbs edilən döyüşçülər, Taliban hakimiyyəti zamanı sərbəst buraxılıb.
Bu hadisədən sonra hakimlər ölüm təhdidləri almağa başlayıblar.
Taliban hakimiyyətindən sonra hakimlər öz yaşadıqları ünvanı tərk etmək məcburiyyətində qalıblar. Bu qadınlardan birinin söylədiyinə görə, o, çadra geyinərək Talibandan gizlənməyə çalışıb.
Hal-hazırda hakim qadınların həyatları təhlükə qarşısındadır.