Əfqanıstan qana boyandı
Gündəm
18:39 24 okt, 2021
Əfqanıstanın Cəlalabad şəhərində terror aktı törədilib

Əfqanıstanın Cəlalabad şəhərində terror aktı törədilib.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində törədilən terror aktında 1-i uşaq olmaqla, “Taliban” hərəkatının 3 üzvü həlak olub.
Məlumata görə, bomba şəhərin mərkəzi küçələrinin birində yerə basdırılıb və uzaqdan idarəetmə ilə partladılıb.