Əfqanıstana yardım çağırışı edilib
İştirakçılar Əfqanıstanın yenidən qurulmasında ona təcili humanitar və iqtisadi yardım göstərilməsinə çağırış ediblər
Çərşənbə günü keçirilən iclasda qəbul edilən birgə bəyanata əsasən, Əfqanıstan üzrə Moskva formatında dialoqun iştirakçıları Əfqanıstanın yenidən qurulmasında ona təcili humanitar və iqtisadi yardım göstərilməsinə çağırış ediblər.
Qazet.az xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb.
"Əfqanıstanda pisləşən iqtisadi və humanitar vəziyyətdən dərin narahatlıqlarını ifadə edən tərəflər, beynəlxalq birliyin Əfqanıstan xalqına təcili humanitar və iqtisadi yardım göstərmək üçün səfərbər olmalarına ehtiyac duyduqlarını ifadə edib" deyə birgə bəyanatda deyilir.
Tərəflər ən qısa zamanda BMT-nin himayəsi altında nümayəndəli beynəlxalq donor konfransının çağırılması üçün kollektiv təşəbbüsün irəli sürülməsini təklif ediblər.