Əfqanıstanda Aİ-nin nümayəndəliyi fəaliyyətə başlayacaq
Siyasət
18:55 07 dek, 2021
“Biz Aİ-nin Kabildə minimal iştirakını təmin etmək üzərində çalışırıq"
Yaxın həftələrdə Avropa İttifaqının (Aİ) Əfqanıstanın paytaxtı Kabil şəhərində nümayəndəliyi açılacaq. Lakin bu hələ rəsmi Brüsselin Əfqanıstanda “Taliban” hakimiyyətini tanıması demək deyil.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin nümayəndəsi Nabila Massrali Avropa Komissiyasının mətbuat konfransında çıxışı zamanı bildirib.
“Biz Aİ-nin Kabildə minimal iştirakını təmin etmək üzərində çalışırıq. Bu, heç də tanınma demək deyil”, - o deyib.