Əfqanıstanda güclü zəlzələ baş verdi
Xəbərlər
09:59 03 sen, 2022
Əfqanıstanın Bağlan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar İnstitutu məlumat yayıb.
Zəlzələnin 16,4 km dərinlikdə meydana gəldiyi bildirilib.
Paytax Kabillə yanaşı, Tacikistan və Özbəkistanın sərhəd bölgələrində də yeraltı təkanlar hiss edilib.
Qeyd edək ki, iyun ayında Əfqanıstanda 5,9 bal gücündə zəlzələ nəticəsində 1200-dən çox insan həyatını itirmişdi.