Əfqanıstanda İŞİD-in 3 üzvü öldürülüb
Gündəm
19:48 02 noy, 2021
Bu barədə əyalət rəhbərliyinin sözçüsü məlumat yayıb
Əfqanıstanın şimalındakı Bəlx vilayətində “Taliban” hərəkatının üzvləri İŞİD bazasına basqın edib.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin sözçüsü məlumat yayıb.
Toqquşma nəticəsində İŞİD-in 3 nümayəndəsi öldürülüb, 5 nəfər isə həbs edilib.
“Taliban”ın sözçüsü Zabihullah Mücahid deyib ki, İŞİD daha əvvəl hakimiyyət üçün “baş ağrısı” olduğunu bildirmişdi.